"Real Madrid"in mərkəz müdafiəçisi Antonio Rüdiger La Liqanın 32-ci turu çərçivəsində "Espanyol"la oyunda (0:1) sağ ayağının bud əzələsindən zədə alıb.
Bizim.Media xəbər verir ki, jurnalist Xavyer Birlanqa sosial şəbəkədə 31 yaşlı futbolçunun bu səbəbdən 2-3 həftə yaşıl meydanlardan kənar qala biləcəyini bildirib.
Almaniyalı müdafiəçinin La Liqada “Atletiko Madrid”lə oyunda (8 fevral) və Çempionlar Liqasında 1/8 finala çıxmaq uğrunda “Mançester Siti” ilə ilk pley-off matçında iştirak edə bilməyəcəyi vurğulanır.
Qeyd edək ki, Rüdiger "Espanyol"la matçın 15-ci dəqiqəsində əvəzlənib.
Rəşad Rafiqoğlu, Bizim.Media
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta