Bu ilin sonunda start götürəcək Afrika Millətlər Kubokunun (AMK) final mərhələsinin püşkatma mərasimi keçirilib.
Tədbir təşkilatçı ölkə olan Mərakeşin Rabat şəhərində təşkil olunub.
Püşkatma nəticəsində 24 yığma hər birində 4 komanda olmaqla 6 qrupa bölünüb. Qitə çempionatı dekabrın dekabrın 21-dən 2026-cı il yanvarın 18-dək keçiriləcək. Son çempionu Kot d’İvuar olan AMK-2025-in qruplarının tərkibini nəzərinizə çatdırırıq:
A qrupu: Mərakeş, Mali, Zambiya, Komor adaları.
B qrupu: Misir, Cənubi Afrika, Anqola, Zimbabve.
C qrupu: Nigeriya, Tunis, Uqanda, Tanzaniya.
D qrupu: Seneqal, Konqo DR, Benin, Botsvana.
E qrupu: Əlcəzair, Burkina Faso, Ekvatorial Qvineya, Sudan.
F qrupu: Kot d’İvuar, Qabon, Kamerun, Mozambik.
Reqlamentə əsasən, qruplarda ilk iki yeri tutacaq 12 və üçüncülər arasında ən yaxşı göstəricilərə malik olacaq 4 komanda 1/8 finala çıxacaq.
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta