Bakı. Trend:
"Roma"nın müdafiəçisi Zeki Çelik karyerasını İngiltərə PremyerLiqasında davam etdirə bilər.
Trend xəbər verirki, insayder Fabritsio Romanonun məlumatına görə, "Fulhem" türkfutbolçunu transfer etmək istəyir. London klubu Zekini satınalmabəndi ilə icarəyə götürmək üçün "Roma"ya rəsmi təklif göndərib.
Transferin baş tutması "Roma"nın baş məşqçisi Klaudio Ranyerininqərarından asılıdır. O, 27 yaşlı sağ cinah müdafiəçisininkomandadan ayrılmasına razılıq versə, keçid reallaşacaq.
Xatırladaq ki, Zeki Çelik 2022-ci ilin yayında "Lill"dən"Roma"ya transfer olunub. Türkiyə millisinin üzvü bu mövsüm"canavarlar"ın heyətində 28 rəsmi matçda iştirak edib və 1 qolötürməsi ilə yadda qalıb. Onun klubla müqaviləsi 2025-ci ilinyayında başa çatır.