Neymar ilə bağlı son günlər yayılan xəbərlər doğrulub.
“Əl-Hilal”i tərk edən ulduz futbolçu doğma klubuna qayıdıb.
Bir neçə gün əvvəl “Santos”un braziliyalı hücumçu ilə prinsipial razılığa gəldiyi məlum olmuşdu. Onun “Əl-Hilal” ilə müddəti iyunun 30-na qədər nəzərdə tutulan müqaviləsi ləğv edilib. Neymar bunun üçün böyük məbləğdə puldan imtina edib. Qeyd edək ki, Səudiyyə Ərəbistanı klubu ona yüksək 40 milyon avro maaş ödəməli idi. Lakin futbolçu müqavilənin qüvvədən salınması üçün bu ödənişdən imtina edib. Braziliyalı “Əl-Hilal”dan tezliklə ayrılaraq doğma klubuna qayıtmaq üçün belə qərar verib. 32 yaşlı hücumçu Asiya klubunda 2023-cü ilin yayından çıxış edirdi. Amma bu da var ki, ağır zədə səbəbindən komandaya yalnız 2 matçda kömək edə bilmişdi.
Neymar artıq istəyinə çatıb. “Santos”un prezidenti Marselo Teyşeyra onun komandaya qayıtdığını rəsmən bəyan edib. Klubun rəhbərinin sosial şəbəkədə paylaşdığı videoda futbolçunun yeniyetmə yaşlarında komandadakı çıxışı, imzaladığı ilk peşəkar müqavilə və “Santos”a qayıdışı əksini tapıb. Məlumatda Neymar ilə 6 aylıq müqavilə üzrə razılıq əldə edildiyi də bildirilib. Futbolçunun bu müddətdən sonra Avropanın aparıcı klublarından birində oynamaq istədiyi iddia edilir.
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta