"Mançester Yunayted" klubu yeni transferini açıqlayıb.
90deqiqe.Az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, "qırmızı şeytanlar" heyətini daha əvvəl “Leççe”də çıxış etmiş Patrik Dorqu gücləndirib. 20 yaşlı futbolçu "qırmızı şeytanlar"la daha bir mövsüm uzatmaq şərti ilə 2030-cu ilin ortalarına qədər nəzərdə tutulan müqavilə imzalayıb.
Bu mövsüm danimarkalı 23 oyun keçirib, 3 qol vurub və bir məhsuldar ötürmə edib. Daha əvvəl mətbuat Patrik Dorqunun transferinin "Mançester Yunayted"ə 30 milyon avroya başa gələcəyini yazmışdı.