AZ

Cerrard işini itirdi

Stiven Cerrard “Əl-İttifaq”dakı işini itirib.

Səudiyyə Ərəbistanı klubu baş məşqçi ilə əməkdaşlığa son qoyub.

Klubun mətbuat xidmətinin məlumatında tərəflərin müqaviləni qarşılıqlı razılıq əsasında ləğv etdikləri bildirilib. Xatırladaq ki, ingiltərəli mütəxəssis “Əl-İttifaq”a 2023-cü ilin yayında baş məşqçi təyin olunmuşdu. Cerrard Asiyaya yollanmazdan əvvəl “Aston Villa” və “Reyncers”ə rəhbərlik edib.

O, həm də “Liverpul”un gənclərdən ibarət komandası ilə çalışıb.

Seçilən
35
football-plus.az

1Mənbələr