AZ

Mazda 28 ildən sonra Loqotipini dəyişib

Bakı, TurkicWorld

Yapon avtomobil nəhəngi Mazda, 28 ildən sonra brend imicini gücləndirmək məqsədilə loqosunu yeniləyib.

TurkicWorld xəbər verir ki, şirkət 1997-ci ildən bəri istifadə etdiyi loqonu dəyişdirərək daha , lüks bir imic əldə etməyi hədəfləyir.

Yeni loqo, daha yuvarlaq konturlar və kəskinləşdirilmiş "M" forması ilə diqqət çəkir. Bu dəyişiklik, Mazda-nın son dövrlərdəki dizayn dəyişikliklərinə uyğun olaraq, markanın lüks və dəbdəbəli mövqeyini gücləndirir.

Yenilənmiş loqo, keçən iyul ayında Yaponiyada alınan patentlə ilk dəfə ortaya çıxıb və artıq rəsmi olaraq şirkət tərəfindən istifadə olunmağa başlanıb. Loqonun yeni dizaynı əvvəlki üçölçülü effektlərdən imtina edərək , daha müasir və sadə düz xətləri ilə sadə və təmiz görüntü təəssüratı yaradır.

Qeyd edək ki, Mazda, son illərdə CX-90 kimi diqqətçəkən və yüksək keyfiyyətli SUV modellərinə diqqət yetirərək daha lüks bir mövqe tutmağı hədəfləyib. Loqonun dəyişdirilməsi, şirkətin ümumi strateji hədəfləri ilə uyğunlaşır və brendin mühəndislik yanaşmalarını və dizaynı daha da inkişaf etdirmək istiqamətindəki addımlarını əks etdirir.

Seçilən
30
turkic.world

1Mənbələr