![Mask:](https://ulusum.az/uploads/posts/2025-02/a286834224_2025-01-02t151402z_1422340677_rc2f4bak3zyc_rtrmadp_3_germany-election-musk-pic_32ratio_900x600-900x600-98290.webp)
"ABŞ Dövlət İdarəetmə Effektivliyi Departamenti (DOGE) ölkənin maliyyə nazirliyinin fırıldaqçı təşkilatlara və terror qruplaşmalarına ödənişləri təsdiqlədiyini aşkar edib". “Ulusum”.az xəbər verir ki, bu barədə sahibkar İlon Mask X sosial şəbəkəsində bildirib.O, həmçinin bildirib ki, ABŞ Maliyyə Nazirliyinin işçiləri karyeralarında heç vaxt ödənişləri rədd etməyiblər.The New York Times qəzeti yazır ki, maliyyə naziri Skott Bessent 31 yanvarda DOGE nümayəndələrinə federal ödəniş sisteminə giriş imkanı verib. Bu, ABŞ Prezidenti Donald Tramp administrasiyasına müəyyən məqsədlər üçün Konqres tərəfindən təsdiqlənmiş vəsaitlərin paylanmasını təkbaşına məhdudlaşdırmaq üçün əlavə bir mexanizm təqdim edə bilər.Səidə
Diqqət Çəkənlər
ABŞ-da yeni genipavirus aşkarlanıb
Lüksemburqda azərbaycanlı auditorun meyiti tapılıb
Sağlamlıq üçün əvəzedilməz nemət