AZ

Rusiyada qeyri-leqal yaşayanların sayı açıqlandı –Miqrantlara vaxt verildi

“Rusiyada 670 min insan qeyri-leqal yaşayır. Oonların yarıdan çoxu qadın və uşaqlardır”.

AzPost bildirir ki, bu sözləri daxili işlər nazirinin birinci müavini Qorovoy bildirib.

Onun sözlərinə görə, həmin şəxslərin aprelin 30-dək hüquqi statuslarını tənzimləməyə vaxtı var: “Bu tarixdən sonra sistemlərimiz avtomatik olaraq qaydanı pozanları nəzarət edilən şəxslərin reyestrinə daxil etməyə başlayacaq”, – Qorovoy əlavə edib.

Seçilən
19
azpost.info

1Mənbələr