AZ

Basketbol üzrə Azərbaycan çempionatında XIII tura yekun vurulub

Bakı, 2 fevral, AZƏRTAC

Basketbol üzrə Azərbaycan çempionatında XIII tura yekun vurulub.

AZƏRTAC xəbər verir ki, turun son oyunu B qrupunda reallaşıb.

"Lənkəran" "Quba"nı məğlub edib - 87:84.

Qeyd edək ki, turun daha əvvəl baş tutmuş qarşılaşmalarında "Naxçıvan" "Sərhədçi"ni (80:76), "Abşeron" "Sabah"ı (67:59), NTD "Neftçi"ni (105:100), "Sumqayıt" "Şəki"ni (98:93), "Ordu" isə "Gəncə"ni (93:90) məğlub edib.

Seçilən
30
6
azertag.az

7Mənbələr