Bakı. Trend:
Türkiyə Qəzzada azad edilmiş fələstinli məhbusları öz ərazisindəqəbul etməyə hazır olduğunu açıqlayıb.
Trend xəbər verirki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyinin rəhbəri HakanFidan, Qətər hökumətinin başçısı və xarici işlər naziri Məhəmmədbin Əbdül Rəhman Əl Tani ilə Dohada keçirilən danışıqlarınyekununda məlumat verib.
Fidan bildirib ki, Qəzza zolağında atəşkəs razılaşmasınınşərtlərindən biri fələstinli məhbusların azad edildikdən sonraFələstin torpaqlarında qalmamasını nəzərdə tutur. TürkiyəPrezidenti Rəcəb Tayyib Ərdoğan da digər ölkələrlə birlikdə azadedilmiş fələstinliləri qəbul etməyə hazır olduqlarını ifadə edib.Hakan Fidanın sözlərinə görə, bu sazişin həyata keçirilməsindədigər ölkələr də öz töhfələrini verəcək.