Bakı. Trend:
ABŞ-nin Somalinin şimalında İslam Dövləti qruplaşmasınınmövqelərinə endirdiyi hava zərbəsi nəticəsində azı 48 yaraqlıöldürülüb.
Trend xəbər verirki, məlumatı Somalinin Garowe xəbər portalı Puntlend ştatınınhakimiyyət orqanlarına istinadən yayıb.
Məlumata görə, məhv edilənlər arasında 5 səhra komandiri və 12əcnəbi döyüşçü də var. ABŞ prezidenti Donald Tramp fevralın 1-də"Truth Social" sosial şəbəkəsində hərbçilərə İŞİD liderlərindənbirinin və digər terrorçuların Somalidə şübhəli bilindiyi yerədəqiq zərbə endirməyi əmr etdiyini açıqlayıb. Zərbələrekstremistlərin gizləndiyi mağaraları hədəf alıb.
ABŞ-nin müdafiə naziri Pit Heqset bildirib ki, bu hava zərbəsinəticəsində İŞİD yaraqlıları xeyli itki verib.