Bakı. Trend:
Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnikZakir Həsənovun təsdiq etdiyi plana əsasən 2 Fevral – Gənclər Günüilə əlaqədar Azərbaycan Ordusunda silsilə bayram tədbirlərikeçirilib.
Müdafiə Nazirliyindən Trend-ə bildirilib ki, tədbirlərdə əvvəlcə ÜmummilliLider Heydər Əliyevin və müstəqilliyimiz, ərazi bütövlüyümüzuğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib.Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Çıxış edənlər Gənclər Gününün təntənəli surətdə qeyd olunmasınınUlu Öndər Heydər Əliyevin adı ilə bağlı olduğunu, Ümummilli Liderinikinci dəfə hakimiyyətə qayıdışından sonra Azərbaycanda dövlətgənclər siyasətinin əsasının qoyulduğunu və bu gün də həminsiyasətin Prezident, Ali Baş Komandan İlham Əliyev tərəfindənuğurla davam etdirildiyini xüsusi vurğulayıblar.
Tədbirlərdə Həzi Aslanov adına Ordu İdeoloji və MədəniyyətMərkəzi, Gəncə Qarnizonu İdeoloji və Mədəniyyət Mərkəzi, eləcə dərayon mədəniyyət şöbələrinin yaradıcı kollektivləri şəxsi heyətqarşısında maraqlı proqramlarla çıxış ediblər.