AZ

Mərvə Özbəyin həyat yoldaşı saxlanıldı

Mərvə Özbəyin həyat yoldaşı saxlanıldıTürkiyəli müğənni Mərvə Özbəyin həyat yoldaşı, iş adamı Kənan Koçak saxlanılıb.

Axşam.az xəbər verir ki, o, İstanbul Mütəşəkkil Cinayətkarlıqla Mübarizə Dəstələrinin dünən Ədirnədə keçirdiyi əməliyyat zamanı saxlanılıb. İstintaq çərçivəsində saxlanılanlar arasında Ədirnə KOM şöbə müdiri Mehmet Deniz Karakurt da olub.

Onlar İstanbulda davam edən istintaqdakı şübhəlilərdən birini Ədirnədən xarici ölkəyə qanunsuz keçidinə şərait yaratmaqda ittiham olunurlar.

Qeyd edək ki, Mərvə ilə Kənan 2020-ci ildə ailə qurub. Cütlüyün 2 övladı var.

Seçilən
17
8
big.az

9Mənbələr