AZ

Bahadur Həziyev: "Premyer Liqada oynamaq hər kəsin arzusudur" - MÜSAHİBƏ

"Qaradağ Lökbatan"ın futbolçusu Bahadur Həziyev apasport.az saytına müsahibə verib.

- Komandaya qış fasiləsində qoşuldun. Keçidin necə alındı?

- “İmişli”də bir sıra problemlər yaşandı. Komandanı tərk etməli oldum. Amit müəllim mənə inandı və yanına çağırdı. Artıq burdayam. Hədəfimiz yüksək pillələrdə qərarlaşmaqdır.

- Necə bir problem?

- Böyük problem olduğunu deyə bilmərəm. Açığı, orda daha az forma şansı qazanırdım. Bu səbəbdən qarşılıqlı şəkildə razılaşaraq yollarımızı ayırdıq.

- "Cəbrayıl" üzərində qələbəni (2:0) necə şərh edərdin?

- Yaxşı oyun alındı. Düşünürəm ki, birinci hissədə daha çox qol vura bilərdik. Buna baxmayaraq, qalib gəldik. Qələbə münasibətilə uşaqları təbrik edirəm.

- "Qaradağ Lökbatan"a adaptasiya prosesin necə keçir?

- Demək olar ki, artıq tam adaptasiya olmuşam. Komanda daxilində mehribançılıq hökm sürür. İnşallah hər şey daha yaxşı olacaq.

- Heyətdə Premyer Liqa təcrübəsi olan futbolçular var. Bu təcrübə köməyinizə çatacaq? 

- Araz Abdullayev, Nurlan Novruzov, Şahin Balejai və mən Premyer Liqa təcrübəsi olan futbolçularıq. Hədəflərimiz var. Ola bilər ki, hazırda aşağı pillələrdəyik, amma ard-arda qələbələrlə yüksək yerlərə gəlib çata bilərik.

- Yəqin ki, hədəfin yenidən Premyer Liqaya dönməkdir... Təklif gəlsə, rəhbərlik səni buraxacaq?

- Bütün futbolçuların hədəfi Premyer Liqadır. Yüksək elitada oynamaq hər kəsin arzusudur. Klubla hazırkı müqaviləm 6 aylıqdır. Əgər təklif gəlsə, oturub danışmaq lazımdır.

Vaqif Cavadov: “Araz-Naxçıvan" elə-belə yerə ikinci pillədə getmir”

Elmar Baxşıyev: "Bizi bu yolla əzmək istəyirlərsə..."

Sumqayıtda qol səsi çıxmadı - YENİLƏNİB

“Qarabağ”ın legioneri üçün ciddi müştərilər - Rusiya klubundan təklif var

Kurban Berdıyev: "Oyunçularımı xəbərdar etmişdim ki..."

Seçilən
20
apasport.az

1Mənbələr