AZ

Türkiyə Trampın ABŞ-ın Suriya kürdləri ilə əməkdaşlığına son qoyacağına ümid edir – Hakan Fidan


Türkiyənin xarici işlər naziri Hakan Fidan ABŞ prezidenti Donald Trampın Vaşinqtonun suriyalı kürdlərdən təşkil olunan YPG qruplaşması ilə əməkdaşlığına son qoyacağına ümid etdiyini bildirib.
Yeniavaz.com
xəbər verir ki, Türkiyə Müdafiə Nazirliyi Suriyanın şimalında öldürülən 23 yaraqlının YPG və Kürdüstan Fəhlə Partiyası (PKK) silahlılarına aid olduğunu bildirib.
Qeyd edək ki, Türkiyə PKK və YPG-ni eyni hesab edir. ABŞ isə onları ayrı-ayrı qruplar kimi görür, PKK-nı terror təşkilatl kimi tanıyır. Lakin YPG-ni Suriyada əsas müttəfiqi hesab edir.
Fidan Qətərli həmkarı ilə Dohada keçirdiyi mətbuat konfransında deyib ki, onlar ümid edirik ki, cənab Tramp regionda davam edən bu səhvə son qoyacaq bir qərar verəcək.
Seçilən
41
yeniavaz.com

1Mənbələr