AZ

Paşinyan İlham Əliyevə cavab verdi və yenə uğursuz oldu- baş nazir "dəhlizdə maneəsizliyi" necə başa düşür?

Image

Ermənistanın baş naziri Paşinyan bir neçə gün əvvəl dövlət müşavirəsində Prezident İlham Əliyevin "Zəngəzur dəhlizi açılmalıdır və Azərbaycandan Azərbaycana (Naxçıvana) maneəsiz gediş olmalıdır" tələbinə cavab verməyə çalışıb. Paşinyan deyib ki, Naxçıvana gedə bilərlər, lakin ərazi bütövlüyü, suverenlik, milli yurisdiksiya və konstitusiya burada heç bir maneə deyil...

Bunu “Bakı-Xəbər” Media Qrupunun rəhbəri, politoloq Aydın Quliyev öz Facebook səhifəsində yazıb. 

A.Quliyev daha sonra yazır:

Dəyərli oxucularıma tam aydın olması üçün əlavə edim ki, Paşinyan burada Zəngəzur dəhlizinin işləmə rejiminə dair özünün icad etdiyi 4 prinsipi ifadə edir - ərazi bütövlüyü, suverenlik, yurisdiksiya və qarşılılıqlıq. Paşinyan bu prinsiplər əsasında Zəngəzur dəhlizinin işləməsini "dəhlizin maneəsiz işləməsi" kimi başa düşür. Halbuki Azərbaycan Naxçıvana maneəsiz gediş dedikdə dəhlizin 10 noyabr 2020-ci il sənədi əsasında açılmasını nəzərdə tutur. Ermənistan bunu istəmir və dəhlizdə əsas nəzarətçi qüvvə kimi Rusiyanı yox, Ermənistanı nəzərdə tutur. Bu mövqe 20 noyabr sənədinin əslində iqnor edilməsidir. Çünki bu sənədə görə, dəhliz üzərindən Naxçıvana gedişin təhlükəsizliyinə və işləməsinə Rusiya sərhədçiləri nəzarət etməlidir. 

Paşinyan İlham Əliyevin "Ermənistan Naxçıvana maneəsiz keçid verməsə, biz İran üzərindəki keçiddən istifadə edəcəyik" sözlərinə də "cavab" verib. Paşinyan deyib ki, biz qəti bunun əleyhinə deyilik, əksinə, İranın bu yolda təklif etdiyi şərtləri biz də təklif edə bilərik, eləcə də bu yollardan biz də istifadə edə bilərik, bunun üçün bizim "Sülh kəsişməsi"nə müraciət etmək olar.

Paşinyan burada yenə də Zəngəzur dəhlizinin 10 noyabr sənədi əsasında "maneəsiz" gediş statusuna qarşı çıxır, alternativ rejim kimi İran üzərindən Naxçıvana gediş şərtlərinin Zəngəzur dəhlizində tətbiq edilə biləcəyini deyir, eyni zamanda fürsətdən istifadə edərək özünün mifik "Sülh kəsişməsi" layihəsini ortaya soxur...

Bütün bunlar isə Ermənistan rəhbəri tərəfindən konstruktiv və sülhə aparan mövqe deyil.

Tahir TAĞIYEV





Seçilən
10
baki-xeber.com

1Mənbələr