Finlandiya rəhbərliyi ABŞ-ın Avropa mallarına ticarət tarifləri tətbiq edə biləcəyi ilə bağlı ciddi narahatlığını ifadə edib.
Finlandiyanın baş naziri Petteri Orpo ABŞ prezidenti Donald Tramp administrasiyasının iqtisadi təhdidlərini həyata keçirmək meylini xatırladaraq, mövcud vəziyyətin kritik əhəmiyyətini qeyd edib.
Onun fikrincə, indiki şəraitdə Avropa İttifaqının bütün ölkələrinin birliyi xüsusilə aktualdır.
“Aİ daxilində vahid və qətiyyətli hərəkət etmək, hərəkətləri əlaqələndirmək və danışıqlar mövqeyini nəzərdən keçirmək indi vacibdir” dedi Orpo.
DOĞRU.AZ