AZ

Şəhidlərin xatirəsi anılıb

Torpaqlarımızın ərazi bütövlüyü uğrunda şəhidlik zirvəsinə yüksələn Məmmədov Zamin Allahverdi oğlu və Məmmədli Murad Teymurşah oğlunun xatirəsinə həsr olunan anım mərasimləri keçirilib.

Bu barədə "Aznews.az"a Müdafiə Nazirliyindən bildirilib.

Nazirliyin nümayəndələri, şəhidlərin ailə üzvləri, yaxınları, kursant və döyüş yoldaşları, digər qonaqların iştirak etdiyi mərasimlərdə xalqımızın Ümummilli Lideri Heydər Əliyevin, ölkəmizin müstəqilliyi, ərazi bütövlüyü və suverenliyi uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Azərbaycanın Dövlət Himni səsləndirilib.
Çıxış edənlər şəhidlərimizin şərəfli həyat və döyüş yoluna nəzər salıb, orta məktəbdə və xüsusi təyinatlı təhsil müəssisələrində təhsil aldığı müddətdə hərb peşəsinə olan marağından, nizam-intizamından və məsuliyyətindən danışıblar.

Mərasimlərdə Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə Ordumuzun ərazi bütövlüyümüzün bərpa olunmasında apardığı döyüş əməliyyatlarından, qazanılan tarixi qələbələrdən, bu şanlı qələbələrin qazanılmasında igid oğullarımızın göstərdiyi qəhrəmanlıq və şücaət nümunələrindən söz açıblar.

Sonra şəhidlərimizin həyat və faaliyyətinin müxtəlif anlarını əks etdirən fotolar və videosujetlər nümayiş etdirilib.

Seçilən
13
13
aznews.az

10Mənbələr