AZ

Aİ-dən ABŞ-yə xəbərdarlıq - "Cavabımız sərt olacaq"

ABŞ Avropa ölkələrindən gələn mallara rüsum tətbiq edərsə, Aİ buna sərt reaksiya verəcək.

Teleqraf.com "Agence France-Presse"ə istinadən xəbər verir ki, bunu Avropa Komissiyasının nümayəndəsi bildirib.

"ABŞ Danimarkaya gömrük rüsumları tətbiq edərsə, Aİ Komissiyası buna reaksiya verəcək. Aİ aşağı tariflərin inkişafa və iqtisadi sabitliyə kömək etdiyinə qəti şəkildə inanır. Ədalətsiz tariflər tətbiq edilərsə, qəti cavab veriləcək" - deyə AK-nın məlumatında bildirilir.

Qeyd edək ki, şənbə günü ABŞ prezidenti Donald TrampKanada, Çin və Meksikadan gələn mallara gömrük rüsumlarının tətbiq edilməsi haqqında sərəncam imzalayıb


Müəllif: Teleqraf.com
Seçilən
16
30
teleqraf.com

10Mənbələr