AZ

“Zirə” – “Qarabağ” - CANLI YAYIM

"Qarabağ" Premyer Liqanın XXI turunda bu gün "Zirə" ilə qarşılaşacaq.

Sportinfo.az xəbər verir ki, Zirə İdman Kompleksinin stadionunda baş tutacaq qarşılaşmadan sonra tura yekun vurulacaq.

Matç saat 19:00-da start götürəcək.

Qurban Qurbanovun rəhbərlik etdiyi kollektiv 50 xalla turnir cədvəlinə başçılıq edir. 36 xalı olan "Zirə" üçüncüdür.

Turun əvvəlki oyunlarında "Kəpəz" "Sabah"ı 3:2, "Neftçi" "Şamaxı"nı 1:0 hesabı ilə üstələyib.

"Turan Tovuz" - "Səbail"lə (1:1), "Sumqayıt" isə "Araz-Naxçıvan"la (0:0) heç-heçə edib.

“Zirə” – “Qarabağ” 0:0
Hakimlər: Rəvan Həmzəzadə, Cəmil Quliyev, Şirmamed Mamedov, Elçin Məsiyev
VAR: Rauf Cabarov
AVAR: Pərvin Talıbov
Hakim-inspektor: Anar Salmanov
AFFA nümayəndəsi: Kifayət Mustafayeva
Zirə İdman Kompleksinin stadionu, 19:00

Seçilən
25
sportinfo.az

1Mənbələr