"Tottenhem" heyətinə yeni müdafiəçi cəlb edib.
Fanat.Az xəbər verir ki, məlumatı klubun mətbuat xidməti yayıb.
London təmsilçisi "Lans"ın futbolçusu Kevin Dansonu transfer edib. 26 yaşlı oyunçu yeni klubunda icarə əsasında çıxış edəcək. Onunla müddəti cari mövsümün sonuna qədər nəzərdə tutulan müqavilə imzalanıb. Anlaşmaya əsasən, yayda İngiltərə klubu müəyyən məbləğ ödəyərək avstriyalı futbolçunun transfer hüquqlarına yiyələnə bilər.
Qeyd edək ki, Danso bu mövsüm "Lans"ın heyətində 14 matça çıxıb.