AZ

Qavi təcili yardım maşını ilə xəstəxanaya aparılıb

La Liqanın 22-ci turu çərçivəsində keçirilən "Barselona" - "Alaves" matçının əvvəli Qavi və Tomas Koneçnının toqquşması ilə yadda qalıb.

İdman.biz xəbər verir ki, futbolçular top uğrunda mübarizə apararkən başlarını bir-birinə vurublar.

Nəticədə hər ikisi yerə yıxılıb. "Barselona"lı Qavi həkimlərə meydana qayıtmaq istədiyini bildirsə də, ona icazə verilməyib.
Koneçnı isə elektrokarla meydandan çıxarılıb.

Nəticədə “Barselona” və “Alaves”in məşqçiləri 14-cü dəqiqədə hesab hələ 0:0 ikən məcburi əvəzləmələr etməli olub.

Daha sonra əlavə müayinələr aparmaq üçün Qavi təcili yardım maşını ilə xəstəxanaya aparılıb. Onun vəziyyətinin yaxşı olduğu bildirilir.

İdman.biz

Seçilən
20
idman.biz

1Mənbələr