AZ

Etirazçılar Gürcüstan paytaxtından çıxışı qismən bağlayıblar


“Tbilisi Mall”un qarşısında aksiya keçirənlər Gürcüstan paytaxtından çıxışı qismən bağlayıblar.
Yeniavaz.com
TASS-a istinadən xəbər verir ki, aksiyada bir neçə yüz etirazçı iştirak edir. Onlar əsasən ticarət mərkəzinin mərkəzi girişində cəmləşiblər, lakin sonradan yol boyu yürüş keçirmək qərarına gəliblər ki, bu da onun qismən bağlanmasına səbəb olub. Ticarət mərkəzinin yaxınlığında polis patrulları yerləşdirilib. Etirazçılarla polis arasında toqquşma yoxdur. Zaman-zaman hökumət əleyhinə şüarlar eşidilir. Mitinqdə müxalifət nümayəndələri də iştirak edir.
Seçilən
27
yeniavaz.com

1Mənbələr