AZ

La Liqa: “Barselona”dan minimal hesablı qələbə

Bakı, 2 fevral, AZƏRTAC

İspaniya La Liqasında XXII turun növbəti oyunu keçirilib.

AZƏRTAC xəbər verir ki, "Barselona" "Alaves"lə qarşılaşıb. Görüş Kataloniya təmsilçisinin 1:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Yeganə qolu 61-ci dəqiqədə Robert Levandovski vurub.

Bu nəticədən sonra xallarını 45-ə çatdıran "Barselona" 3-cü pillədə qərarlaşıb.

Seçilən
38
8
azertag.az

10Mənbələr