AZ

Babək rayonunda avtomobil yoldan çıxaraq qaz borusuna ÇIRPILDI: Xəsarət alan var

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



Babək rayonunda yol-nəqliyyat hadisəsi baş verib.
Oxu.Az "Nuhçıxan"a istinadən xəbər verir ki, hadisə rayonun Yarımca kəndi ərazisində qeydə alınıb.
Belə ki, 67-BL-197 dövlət nömrə nişanlı avtomobil yoldan çıxaraq yol kənarında olan qaz borusuna, rabitə dirəyinə, ardınca tikiliyə çırpılıb.
Qəza zamanı bir nəfər xəsarət alıb. İlkin məlumata görə, qəzaya səbəb sürücünün idarəetməni itirməsi olub.
Hadisə yerinə polis əməkdaşları cəlb olunublar.
Faktla bağlı araşdırma aparılır.
Seçilən
33
50
oxu.az

10Mənbələr