Gəncə şəhərində sərnişin daşıyan "Mercedes" markalı mikroavtobus qəza törədib.
Teleqraf.com-un yerli bürosu xəbər verir ki, hadisə "Avtozavod" adlanan ərazidə baş verib.
Qəza zamanı sözügedən avtomobil "VAZ-2106" markalı maşınla toqquşub.
İlkin məlumata görə, qəzada 52 yaşlı Məhbubə Abbasova və 33 yaşlı Jalə Zeynalova müxtəlif dərəcəli bədən xəsarətləri alıb.Yaralılar şəhər ərazisində yerləşən xəstəxanalardan birinə yerləşdirilib.
Vəziyyətləri orta-ağırdır.
Müəllif: Teleqraf.com