Serbiya millisinin və "Torino"nun yarımmüdafiəçisi İvan İliç Rusiya klubu ilə ilə müqavilə bağlayıb.
Fanat.Az xəbər verir ki, infornasiyanı "Calciomercato" yayıb.
Xəbərə görə, Turin klubu 23 yaşlı futbolçunu 20 milyon avro qarşılığında Moskva "Spartak"ına satıb. "Torino"nun bu məbləğin 3 milyonunu müxtəlif bonuslar şəklində ala biləcəyi vurğulanıb.
Cari mövsüm bütün turnirlərdə 13 oyuna çıxan İliç 1 qol və eyni sayda məhsuldar ötürmə ilə yadda qalıb. "Transfermarkt" portalı onun transfer qiymətini 18 milyon avro ilə dəyərləndirir.
Nihat