AZ

Bakıda 5 il əvvəl təhvil verilməli olan binada iş hələ də yekunlaşmayıb VİDEO

Bakıda 5 il əvvəl təhvil verilməli olan binada iş hələ də yekunlaşmayıb.

Xezerxeber.az-ın məlumatına görə, söhbət paytaxtın Binəqədi rayonu, Səttar Bəhlulzadə küçəsi, 1 ünvanında yerləşən binadan gedir.

Sakinlər deyirlər ki, 2017-ci ildə sözügedən ünvanda istisimar müddəti bitən bina ''Mahal'' Mənzil-Tikinti Kooperativi tərəfindən sökülüb və yerində 15 mərtəbəli bina inşa edilib.

Ərazidə yaşayan və oradan yeni mənzil alan sakinlərlə də müqavilə bağlanıb ki, çoxmərtəbəli bina 2020-ci ildə təhvil veriləcək. 

Sakinlər deyirlər ki, bu müddət ərzində hətta öz vəsaitələri hesblarına binada müəyyən işlər də görüblər ki, infrasturuktur düzəlsin.

Məsələ ilə bağlı ''Maha'' MTK-ya müraciət etdik. Tikinti şirtkətinin iş icraçısı Haqverdi Alıyev ''Xəzər Xəbər''ə bildirdi ki, binanın inşası pandemiya vaxtına təsadüf etdiyi üçün işlər bir az yubanıb, hazırda tikinti işi tamamlanıb. O ki qaldı liftin birinin istifadəyə verilməsinə, iş icraçısı əlavə etdi ki, sakinlər tam məskunlaşdıqdan sonra hər blokda olan ikinci lift də istifadəyə veriləcək.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.

Seçilən
16
xezerxeber.az

1Mənbələr