AZ

Trampdan Kanada ilə bağlı daha bir PAYLAŞIM: “ABŞ-ın 51-ci ştatı olmalıdır”

“Kanada ABŞ-ın 51-ci ştatı olmalıdır”.

Bizim.Media xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp “Truth” sosial şəbəkə hesabında yazıb.

“Kanadaya subsidiya vermək üçün yüz milyardlarla dollar ödəyirik. Nə üçün? Heç bir səbəb yoxdur. Limitsiz enerjimiz və istifadə edə biləcəyimizdən də artıq tikinti materiallarımız var. Onların heç nəyinə ehtiyacımız yoxdur”, - ABŞ lideri yazıb.

Tramp bildirib ki, bu subsidiyalar olmasa Kanadanın mövcudluğu mümkün deyil:

“Acıdır, amma həqiqətdir! Beləliklə, Kanada bizim arzu etdiyimiz 51-ci ştata çevrilməlidir. Bu, Kanada xalqı üçün daha aşağı vergilər və daha yaxşı hərbi müdafiə deməkdir. Heç bir tarif tətbiqi də olmayacaq”.

Bizim.Media

Seçilən
70
23
bizim.media

10Mənbələr