"Beşiktaş" Libiyalı orta sahə oyunçusu Əl-Musrati ilə vidalaşır.

Offsideplus.az xəbər verir ki, "Monako" Əl-Musratini icarəyə götürmək üçün "Beşiktaş"la anlaşma əldə edib.

Müqavilədə 28 yaşlı oyunçunun birdəfəlik transfer edilmə bəndi də var. Əgər Fransa təmsilçisi transfer etmək istəsə, "ağ-qaralar"a 11 milyon avro ödəməli olacaq.

Qeyd edək ki, Əl-Musrati ötən mövsümün ikinci yarısında "Beşiktaş"a gəlib. O, "Beşiktaş" forması ilə 38 matçda 3 qol vurub.