Bakı. Trend:
Gürcüstanın paytaxtı Tbilisidə aksiya iştirakçıları şəhərdənçıxışı qismən bağlayıblar.
Trend xəbər verirki, etirazçılar "Tbilisi Mall" ticarət mərkəzinin girişindətoplaşıblar, lakin sonradan yol boyunca yürüş keçirməyə qərarveriblər.
Etirazçılar arasında müxalifət nümayəndələri də daxil olmaqla,bir neçə yüz nəfər var. Ticarət mərkəzinin yaxınlığında polisqüvvələri cəmləşdirilib. Hazırda etirazçılarla polis arasındatoqquşma qeydə alınmayıb, yalnız ara-sıra hökumət əleyhinə şüarlarsəsləndirilir.
Gürcüstan Daxili İşlər Nazirliyi daha əvvəl bəyanat yayaraq,Tbilisiyə girişin beynəlxalq əhəmiyyətli strateji yol olduğunu vəonun bağlanmasının cinayət məsuliyyəti daşıyacağını mitinqiştirakçılarının diqqətinə çatdırıb. Bildirilir ki, ticarət mərkəziadi rejimdə fəaliyyətini davam etdirir.