AZ

Süleymanlı Veyk-an-Zeedə qələbəyə yaxındır

Niderlandın Veyk-an-Zee şəhərində keçirilən "Tata Steel Chess" turniri başa çatmaq üzrədir.

İdman.biz xəbər verir ki, Aydın Süleymanlı "Challengers" yarışının son turunda rumıniyalı İrina Bulmaqaya qalib gəlib.

Azərbaycan şahmatçısı 9,5 xal toplayıb və turnirin qalibi olmağa yaxındır.

Hesabında yeddi qələbə olan Süleymanlı son oyunlarını davam etdirən Tay Nquyen (Çexiya) və Ervin L'Amini (Niderland) bir xal qabaqlayır.

İdman.biz

Seçilən
13
idman.biz

1Mənbələr