İsrail Müdafiə Qüvvələri İordan çayının qərb sahilində keçirilən əməliyyat zamanı 50 silahlı radikalı məhv etdiyini və terror fəaliyyətlərində iştirakda şübhəli bilinərək axtarışda olan 100-dən çox adamı saxladığını bildirib.
APA xəbər verir ki, bu barədə İsrail Müdafiə Qüvvələrinin mətbuat xidməti məlumat yayıb.
Məlumatda qeyd edilir ki, ilkin əməliyyatlar zamanı aviazərbələr nəticəsində 15-dən çox terrorçu, əməliyyat tədbirləri zamanı ən azı 35 radikal məhv edilib.