AZ

Hidayət Heydərov 2024-cü ilin ən yaxşı cüdoçusudur

Hidayət Heydərov “İlin kişi cüdoçusu” seçilib.

İdman.biz xəbər verir ki, cüdoçumuz Beynəlxalq Cüdo Federasiyası tərəfindən 2024-cü il üçün bu şərəfə layiq görülüb.

Heydərov nüfuzlu mükafata layiq görüldüyü üçün çox xoşbəxt olduğunu deyib:
"Bu mükafat təkcə mənim deyil, bütün Azərbaycan xalqının mükafatıdır. Mənim arxamda böyük bir komanda durur. Azərbaycan Cüdo Federasiyasına, ailəmə, sevənlərimə təşəkkür edirəm".

İdman.biz

Seçilən
26
10
idman.biz

5Mənbələr