Bakı. Trend:
Konqo Demokratik Respublikasının (KDR) şimal-qərbində 2025-ciildə yeni Ebola epidemiyasının baş verə biləcəyi ehtimaledilir.
Trend-inməlumatına görə, bu barədə Actualite xəbər portalı Qırmızı XaçKomitəsinin Ekvator əyalətindəki rəhbəri Kolomba Mampuyayaistinadən məlumat yayıb.
Mampuyanın sözlərinə görə, yanvarın 10-dan 22-dək Ekvatorəyalətində Ebola xəstəliyinə xas simptomlarla 8 nəfər həyatınıitirib. Ümumi yoluxma sayı 12 nəfərdir.
Ölənlərdən alınan toxuma nümunələri laboratoriyaya göndərilib.“Yalnız laboratoriya nəticələri regional hökumətə Ebola virusununyenidən ortaya çıxıb-çıxmadığını rəsmi şəkildə elan etməyə imkanverəcək”, - deyə o bildirib. Mampuya əlavə edib ki, yoluxmuşşəxslərin hamısı vəhşi heyvanlarla təmasda olub.
Qeyd edək ki, Ekvator əyalətində Ebola qızdırmasının sonepidemiyası 2022-ci ilin aprel-iyul aylarında qeydə alınıb. Həmindövrdə yoluxmuş beş nəfərin hamısı vəfat etmişdi.