Bakı, 2 fevral, AZƏRTAC
“Turan Tovuz” klubu futbolçusu Oto Conla yollarını ayırıb.
Bölgə təmsilçisinin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, komanda hücumçunun transferi ilə bağlı Liviya təmsilçisi “Al Madina” ilə razılıq əldə edib.
Qeyd edək ki, Oto Con “Turan Tovuz” forması ilə 56 oyunda meydana çıxıb.