Azərbaycan Premyer Liqasında mübarizə aparan “Turan Tovuz”un nigeriyalı hücumçusu Oto Con Tovuz təmsilçisindən ayrılıb.
Arena.az xəbər verir ki, bu barədə Tovuz klubunun mətbuat xidməti məlumat yayıb.
Xəbərdə bildirilir ki, “Turan Tovuz” Oto Conun transferi ilə bağlı Liviyanın “Əl-Mədina” klubu ilə razılıq əldə edib. “Turan Tovuz” Oto Cona gələcək karyerasında və şəxsi həyatında uğurlar arzulanıb.
Xatırladaq ki, Oto Con “Turan Tovuz”a 2023-cü ilin iyul ayında cəlb olunub. 26 yaşlı forvard bu klubun heyətində bütövlükdə 59 oyun keçirib. O, bu oyunlarda 16 qol vurub, 9 məhsuldar ötürmə müəllifi olub.
Nigeriyalı hücumçu daha öncə “Dukagini” (33 oyun, 9 qol, 3 məhsuldar ötürmə), “Priştina” (74 oyun, 33 qol, 7 assist), “Skenderbeu” (50 oyun, 7 qol, 5 assist) və “Trepça” (26 oyun, 21 qol) kimi klublarda da forma geyinib.