Budapeştə verilən enerji təhlükəsizliyi təminatları yerinə yetirilməsə, Macarıstan Ukraynanın Avropaya inteqrasiyasını bloklaya bilər.
APA xəbər verir ki, bunu Macarıstan Baş nazirinin siyasi müşaviri Balaj Orban “Kossuth” radiosuna müsahibəsində deyib.
“Əgər Ukrayna Aİ-yə üzv olan bəzi dövlətlərin enerji təhlükəsizliyi ilə bağlı maraqlarını pozmağa hazırlaşırsa, o zaman hesab edirəm ki, Ukraynanın Avropa İttifaqı ilə yaxınlaşması dayandırılmalıdır”, - Orban qed edib.