Bakı. Trend:
Azərbaycanın qadın güləşinin əfsanəvi simalarından biri olanMariya Stadnik peşəkar idman karyerasını başa vurduğunuaçıqlayıb.
Trend-inməlumatına görə, bu barədə titullu idmançı instaqram hesabındapaylaşım edib.
“Mən adımı dünya qadın güləşi tarixinə yazdım. Bu tarixi mənimləbirlikdə yaradan hər kəsə minnətdaram. İndi isə həyatımın busəhifəsini bağlayıb yeni bir tarix yazmağın vaxtıdır. Güləş, hərşey üçün sənə təşəkkür edirəm,” – deyə Stadnik yazıb.
Qeyd edək ki, Mariya Stadnik Paris-2024 Yay Olimpiya Oyunlarınımedalsız başa vurub. O, ikiqat dünya və onqat Avropa çempionuolmaqla yanaşı, əvvəlki dörd olimpiadada iki gümüş və iki bürüncmedal qazanıb. Stadnik Azərbaycan güləş tarixinə unudulmaz iz qoyanidmançılardan biri kimi yadda qalacaq.