Suriyanın prezidenti Əhməd əl-Şara Səudiyyə Ərəbistanına səfər edib.
Modern.az xəbər verir ki, bu barədə Səudiyyə Ərəbistanına məxsus "Əl Ərəbiyyə" telekanalı məlumat yayıb.
Bu, onun Bəşər Əsədin devrilməsindən sonra ilk xarici səfəridir.
Müşahidəçilər deyir ki, Şara ərəb və Qərb liderlərindən dəstək almağa çalışır.
Xatırladaq ki, Səudiyyə Ərəbistanının xarici işlər naziri yanvarın 24-də Dəməşqə səfər edib və Suriyaya qarşı tətbiq etdiyi iqtisadi sanksiyaların aradan qaldırılmasına kömək etmək üçün Avropa və ABŞ ilə danışıqlar apardığını deyib.