Xaçmazda kişi bıçaqlanıb, onun həyat yoldaşı isə maşınla vurulub.
Xezerxeber.az-ın məlumatına görə, hadisə Xaçmazın Qaraçı kəndində baş verib.
41 yaşlı Azər Şərifov qohumu, 35 yaşlı Rahim Məmmədovu bıçaqlamaqda şübhəli bilinir.
İddiaya görə, o, daha sonra Rahim Məmmədovun həyat yoldaşı, 33 yaşlı Sevinc Məmmədovanı avtomobillə vurub.
Bıçaq xəsarəti alan Rahim Məmmədovun atası bildirib ki, tərəflər arasında mübahisə yaranıb. Onun iddiasına görə, Azər Rahimi dava üçün təyin etdiyi yerə çağırıb.
Yaşanan bu hadisədən sonra həm bıçaq xəsarətləri alan Rahim Məmmədov, həm də maşınla vurulan qadın xəstəxanaya yerləşdirilib.
Hadisəni törədətməkdə şübhəli bilinən şəxs isə saxlanılıb.
Məsələ araşdırılandan sonra hüquqi qiymət veriləcək.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.