Müstəqil Namibiya Respublikasının qurucu prezidenti, 95 yaşlı Sem Nujomanın vəziyyəti ağırdır və yerli xəstəxanada müalicə olunur.
Redaktor.az xəbər verir ki, bu barədə Namibiyanın NBC dövlət televiziya və radiostansiyası eks-prezidentin oğlu Utoni Nujomaya istinadən məlumat yayıb.
Utoni millətdən atası üçün dua etməyi xahiş etdi.
Sem Nujoma 1960-cı ildə Cənub-Qərbi Afrika Xalq Təşkilatının həmtəsisçisi olub, milli azadlıq hərəkatı ölkəni 1990-cı ildə irqçi Cənubi Afrikadan müstəqilliyə aparıb. O, 1990-2005-ci illərdə prezident olub.