Bu gün səhər saat 11 radələrində Xəzər dənizinin Astara rayonu, Qamışoba - Şahağac istiqamətində balıqçılar kişi meyiti aşkarlayıblar.
Xezerxeber.az-ın məlumatına görə, meyitə baxış keçirilən zaman onun 20 gün əvvəl itkin düşmüş balıqçı, 57 yaşlı Nazim Abbasova aid olduğu müəyyən edilib.
Əraziyə hüquq - mühafizə orqanlarının əməkdaşları cəlb olunub. İstintaqa lazım olan maddi sübutlar götürülüb. Meyit daxili və xarici müayinə olunması üçün Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Lənkəran şöbəsinə təhvil verilib.
Qeyd edək ki, yanvarın 13-də Lənkəranın Siyavar kəndi yaxınlığında, Xəzər dənizində balıqçılar - 41 yaşlı Mahmud İbayev və 57 yaşlı Nazim Abbasov itkin düşüblər. Həmin gündən də onların axtarışları aparılırdı.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.