AZ

Hidayət Heydərov “İlin kişi cüdoçusu” seçilib

Hidayət Heydərov “İlin kişi cüdoçusu” adına layiq görülüb.

Apasport.az xəbər verir ki, Azərbaycan idmançısı Beynəlxalq Cüdo Federasiyası tərəfindən 2024-cü il üçün bu şərəfə layiq görülüb.

Heydərov nüfuzlu mükafata layiq görüldüyü üçün çox xoşbəxt olduğunu deyib:

"Bu mükafat təkcə mənim deyil, bütün Azərbaycan xalqının mükafatıdır. Mənim arxamda böyük bir komanda durur. Azərbaycan Cüdo Federasiyasına, ailəmə, sevənlərimə təşəkkür edirəm".

Qeyd edək ki, Heydərov 2024-cü ildə 73 kq çəki dərəcəsində Olimpiya, dünya və Avropa çempionu olub.

Azərbaycan Fransadakı "Böyük Dəbilqə"də 10 cüdoçu ilə təmsil olunacaq

Cüdoçularımız Beynəlxalq Belçika Açıq Cüdo Turnirində ikinci yeri tutdu

Daha 5 çəki dərəcəsində medalçılar müəyyənləşib

Cüdoçularımız Belçikada 4 medal qazanıblar

Azərbaycanın cüdo millilərinin məşqçi heyəti gücləndirilib

Seçilən
21
apasport.az

1Mənbələr