AZ

Kral II Abdulla Ağ Evdə Donald Trampla görüşəcək


İordaniya Kralı II Abdulla fevralın 11-də Ağ Evdə ABŞ Prezidenti Donald Trampla görüşəcək.
Yeniavaz.com
“Reuters”ə istinadən xəbər verir ki, görüşdə Trampın fələstinlilərin İordaniya və Misirə köçürülməsi ilə bağlı çağırışının müzakirə olunacağı gözlənilir.
Ötən həftə Tramp bəyan etmişdi ki, Misir və İordaniya Qəzza zolağından fələstinliləri qəbul etməlidir. İordaniya hökuməti isə Trampın bu təklifini dərhal rədd edib. Xarici işlər naziri Ayman Safadi yanvarın 26-da verdiyi açıqlamada ölkəsinin fələstinlilərin Qəzzadan köçürülməsinə qarşı mövqeyinin “möhkəm və sarsılmaz” olaraq qaldığını vurğulayıb.
Seçilən
18
yeniavaz.com

1Mənbələr