Misli Premyer Liqasının XXI turunda daha bir matç keçirilib.
Yenisabah.az xəbər verir ki, "Zirə" doğma meydanda "Qarabağ"ı qəbul edib.
Oyun meydan sahiblərinin qələbəsilə başa çatıb - 3:2. "Qarabağ" 2:0 önə keçsə, də "Zirə" geridönüş edə bilib.
Qurban Qurbanovun rəhbərlik etdiyi kollektiv 50 xalla turnir cədvəlinə başçılıq edir. 39 xalı olan "Zirə" üçüncüdür.
Qeyd edək ki, turun əvvəlki oyunlarında "Kəpəz" "Sabah"ı 3:2, "Neftçi" "Şamaxı"nı 1:0 hesabı ilə üstələyib. "Turan Tovuz" - "Səbail"lə (1:1), "Sumqayıt" isə "Araz-Naxçıvan"la (0:0) heç-heçə edib.
Telegram kanalımız