AZ

Avropada süni intellekt qadağaları bu gündən qüvvəyə minir

Avropa Birliyinin ("AB") süni intellektin istifadəsinə mərhələli şəkildə sərt qaydalar tətbiq edən qanununun qadağan olunmuş süni intellekt sistemlərinə dair müddəaları bu gündən etibarən qüvvəyə minib.  

Bu çərçivədə sosial reytinqləmə aparan, iş yeri və təhsil müəssisələrində emosiyaları müəyyənləşdirən, internet və ya kameralar vasitəsilə əldə edilən üz görüntülərindən verilənlər bazası yaradan, fərdlərin xüsusiyyətlərini istifadə edərək cinayət törətmə riskinə görə profil yaradan, irq, siyasi baxış, həmkarlar ittifaqı üzvlüyü, din, inanc və cinsi həyat kimi məlumatları kateqoriyalaşdıran, biometrik məlumatları ehtiva edən süni intellekt sistemlərinin istifadəsi qadağan edilib.  

Bundan əlavə, insan davranışını manipulyasiya edən, insanların zəif cəhətlərindən faydalanan və şüuraltına təsir edən texnologiyalardan istifadə edən süni intellekt sistemlərinin tətbiqinə də qadağa qoyulub.  

Ümumi istifadə üçün açıq olan məkanlarda real vaxt rejimində uzaqdan biometrik identifikasiya sistemlərinin istifadəsi yalnız hüquq-mühafizə orqanlarının xüsusi hallarda çıxışı ilə məhdudlaşdırılıb.  

Beləliklə, bu gündən etibarən süni intellekt inkişaf etdirən və ya ondan istifadə edən şirkətlər sistemlərini risk səviyyəsinə görə qiymətləndirməli və qanuni tələblərə riayət etməlidirlər.  

"AB Süni İntellekt Qanunu" çərçivəsində qaydaların pozulması halında həmin şirkətlərə yüksək məbləğdə cərimələr tətbiq ediləcək.  

Digər tərəfdən, qanunun ümumi məqsədli süni intellekt modellərinə dair qaydaları və öhdəlikləri 1 avqust 2025-ci ildən tətbiq olunmağa başlayacaq.  

Rəhim

Seçilən
28
valyuta.az

1Mənbələr