AZ

Süni intellekt bəzi iş sahələrinə təsir edib VİDEO

Son dövrlərdə süni intellektin sürətli inkişafı bir sıra peşələrin gələcəyini sual altına qoyub. Xüsusilə dizaynerlər, mətn yazarları, tərcüməçilər və hətta hüquq məsləhətçiləri üçün süni intellekt əsaslı proqramlar ciddi rəqabət yaradıb.

Xezerxeber.az-ın məlumatına görə, süni intellektin bu cür inkişafının gəlcəkdə bir çox sahələrdə işçi ixtisarına səbəb olacağı ilə bağlı narahatlıqlar var. Bəs həqiqətən də bu cür proqramlar bəzi ixisasların ləğvinə səbəb ola bilərmi?

Ekspert Rəşad Əliyev hesab edir ki, narahatlıqlara ehtiyac yoxdur. Əksinə, yaranan vəziyyət həmin iş sahələrinə müsbət təsir edəcək, onların inkişafına gətirib çıxaracaq.

Ekspertin fikrincə, süni intellekt insan faktorunu tam əvəz etməyəcək, sadəcə olaraq, bu sahələrdə çalışanların işini asanlaşdıracaq. Həmçinin yeni ixtisaslar və iş imkanları yaradacaq.

Rəşad Əliyev onu da əlavə etdi ki, süni intellektə olan tələbat səbəbindən son zamanlar məlumat analitikası və avtomatlaşdırma sahələrinə maraq artıb.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.

Seçilən
79
4
xezerxeber.az

7Mənbələr