Tbilisidən Sankt-Peterburqa uçan "Azimut" Hava Yollarına məxsus "Sukhoi Superjet 100" təyyarəsi Sankt-Peterburq hava limanında məcburi eniş edib.
Publika.az xəbər verir ki, bu barədə “112” Telegram kanalı mənbəyə istinadla məlumat yayıb.
Ehtimallara görə, insident təyyarənin mühərrikində yaranan texniki nasazlıqlar səbəbindən baş verib.